SİZİN REKLAM BURADA!
055 213 76 73


“Vətən müharibəsində Azərbaycan Ordusu ən müasir silah növləri ilə təchiz olunduğunu sübut edib, ən müasir döyüş taktikalarını işləyib hazırlayıb”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.

“Azərbaycan Ordusu müxtəlif yeniliklərdən fəal istifadə etdiyini bütün dünyaya göstərib - pilotsuz uçuş aparatlarından və digər müasir silahlardan. Azərbaycan Silahlı Qüvvələrinin taktikası bütün dünya üçün yenilik olub. Dünya anlayıb ki, təkcə tanklar vasitəsilə döyüş meydanında qalib gəlmək mümkün deyil”, - o qeyd edib.

F.Hüseynəliyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrinin gücü artmaqda davam edib: “Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Ordusu daha da güclənib. Xüsusilə, yeni silah növləri və pilotsuz uçuş aparatları tədarük edilib. Müharibə zamanı əsas rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin sayı da artırılıb. Onlar Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsinə böyük töhfə veriblər”.

BAKU.WS
VİDEO