SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yollar yararsız vəziyyətdədir.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraciətində yerli sakin məlumat verib.

Bildirilib ki, qəsəbə ərazisində yollar təmirsizdir, bu səbəbdən də maşınlar tez-tez sıradan çıxır. 

İddiaya görə, ərazidə əksər yollar bu haldadır. Təqdim etdiyimiz görüntülər isə Ağaoğlan Rzayev küçəsinə aiddir:

BAKU.WS
VİDEO