SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq TOGG avtomobili artıq yola salınıb.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TOGG avtomobilinin ilk nümunələrinin təqdimatı mərasimində deyib.

Türkiyə lideri elektromobilin Prezident İlham Əliyevə sabah təqdim olunacağını bildirib. Onun sözlərinə görə, avtomobilin rəngi “Anadolu” olacaq.
Qeyd edək ki, Türkiyə Prezidentinə təqdim edilən TOGG avtomobili də eyni rəngdədir.

BAKU.WS
VİDEO