SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Haber Global" televiziyası Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fondun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi ilə bağlı "Azərbaycandan Türkiyəyə yardım əli" adlı süjet hazırlayıb.

BAKU.WS xəbər verir ki, süjetdə fevralın 6-da Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardımın artıq Qaziantepə çatdığı bildirilir.

Həmçinin Türkiyəyə ilk humanitar yardımın məhz qardaş ölkə olan Azərbaycan dövlətinin etdiyi, Azərbaycan dövlətinin və xalqının yardım etmək üçün səfərbər olduğu xüsusi qeyd olunub.

Fondun əməkdaşı Elvin Aslanov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən yardımlar davam etdiriləcək:

"Azərbaycanda türkiyəli qardaşlarımıza çox böyük dəstək var. Hazırda gətirilən humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bu, ilkin yardımlardır. Növbəti mərhələdə yardımların gətirilməsi davam edəcək".

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

Xatırladaq ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

BAKU.WS
VİDEO