12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Xəzər televiziyasında yayımlanan "Təsir dairəsi" verilişinin ötəngünkü buraxılışında baş verənlər hər kəsi təəccübləndirib. 

BAKU.WS xəbər verir ki, iki azyaşlı övladı ilə zorakılığa məruz qaldığını deyən Elnarə kömək üçün proqrama müraciət edib.

Qadın ərinin onu boşamaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyini deyib. 

Buna səbəb həyat yoldaşının Elnarənin xəbəri olmadan maaş kartından 55 manat pul çıxarması olub. Belə ki, həyat yoldaşı Elnarənin onun günahsız yerə ittiham etdiyini və oğru adlandırdığı üçün ondan boşanmaq istədiyini bildirib. 

Elnarənin bu sözlərini eşidən ekspertlər və studiyadakı tamaşaçılar təəccübləniblər. Onlar əvvəl pulun 55 000 AZN olduğunu başa düşüblər. Daha sonra Elnarə yenidən pulun 55 manat olduğunu deyib. Bu zaman verilişin aparıcısı Lalə Azərtaş "İndiyə kimi boşanmasaydılar, mən o 55 manatı verərdim" sözlərini söyləyib. 

Elnarə əri ilə 2008-ci ildə ailə qurub, hazırda isə boşanıb. Onun getməyə yeri olmadığı üçün ayrıldığı əri ilə eyni evdə yaşayır. Onların iki övladı var. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO