SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Antalya şəhərində baş tutacaq Türkiyə-Ukrayna-Rusiya XİN rəhbərlərinin görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə ikitərəfli görüş keçirib. 

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün şəxsi feysbuk hesabında paylaşım edib.

***10:49

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında ikitərəfli görüş olub.

BAKU.WS Report-a istinadla xəbər verir ki, nazirlər Ankaranın Ukrayna və Rusiya arasında vasitəçiliyini müzakirə ediblər.

Qeyd edək ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.

BAKU.WS
VİDEO