VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarından başlayan güclü yağış Bakıda bir çox problemlərə səbəb olub.

Paytaxt sakinləri BAKU.WS-in “qaynar xətti”nə şəhərdəki problemlər haqqında məlumat veriblər. 

Bildirilir ki, əsasən Qaradağ rayonu ərazisində, Sədərək ərazisində vəziyyət daha acınacaqlıdır. Bundan əlavə, Xətai rayonu, Zığ yolunda, Sabunçu rayonu, Zabratda problemlər yaranıb.

Eyni zamanda Binəqədi rayonu ərazisində yollar su ilə dolub. Avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Qeyd edək ki, ötən gündən Bakı və Abşeron yarımadasında güclü yağış yağacağı barədə əvvəlcədən xəbərdarlıq edilmişdi.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Sentyabrın 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

BAKU.WS
VİDEO