SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisinə başlanılacaq. Binalar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən tezliklə inşa ediləcək”.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə, Gəncədə memarlıq görkəmi ilə diqqət çəkən yüksək mərtəbəli binaların tikintisi çoxalsa da, şəhər sakinlərinin, xüsusilə də yeni ailə quran gənclərin mənzillə təminatına ciddi ehtiyac var:
 
"Odur ki, yaxın vaxtlarda Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisi planlaşdırılır. Daxilində hər bir şəraiti olacaq mənzillər sakinlərə, yeni ailə quran gənclərə ən münasib qiymətlərlə, güzəştli şərtlərlə, 25 illik ipoteka krediti ilə veriləcək. Sosial mənzilləri yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi tikəcək”.
 
BAKU.WS