Zaha "Qarabağ"ın rəqibi olan kluba keçdi
30
avq
2024
16:04
"Qalatasaray"ın futbolçusu Vilfrid Zaha Fransanın "Lion" klubunda çıxış edəcək.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 31 yaşlı vinger satın alma hüququ ilə "Lion"a icarə olunub. Zahanın maaşının yarısını "Qalatasaray", digər yarısını isə "Lion" ödəyəcək.
Qeyd edək ki, Vilfrid Zaha 43 matçda "Qalatasaray"ın formasını geyinib. Fil Dişi Sahilindən olan futbolçu bu matçlarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. BAKU.WS xəbər ve...