Yassin Benzia "Qarabağ"dan ayrıldı
Yay transfer pəncərəsində "Qarabağ"ı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Qarabağ"ın anlaşa bilmədiyi Yassin Benzia ilə yollar ayrılacaq. Ağdam təmsilçisi əlcəzairli yarımmüdafiəçi ilə razılığa gələ bilməyib.
Benzia ötən gün "Instagram" hesabında vidaya bənzər paylaşım edib. Həmin paylaşıma isə komandanın qapıçısı Şahruddin Məhəmmədəliyev şərh yazıb. O, paylaşımda "hər şey üçün təşəkkürlər" sözlərini qeyd edib. Benzia da bu sözlərə görə Şahruddinə təşəkkürünü bildirib.
Əlcəzair millisinin üzvü olan 30 yaşlı yarımmüdafiəçi maliyyə məsələlərində razılığa gələ bilmədiyinə görə "Qarabağ"dan ayrılıb. Tərəflər bu yay başa çatan müqaviləni uzatmayacaqlar. Futbolçunun karyerasını Səudiyyə Ərəbistanının klublarından birində davam etdirəcəyi gözlənilir.
Benzia son ilyarımda "Qarabağ"da oynayıb, 104 oyun keçirib, 28 qol vurub.
Oxşar xəbərlər
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, püşkatma mərasimi ABŞ-nin paytaxtı Vaşinqton...