Tblisidə "Qarabağ" azarkeşlərinə hücum edildi: xəsarət alan var - FOTO (YENİLƏNİB)

Tblisidə Qarabağ azarkeşlərinə hücum edildi: xəsarət alan var - FOTO (YENİLƏNİB)
İdman 3223
 

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Samtredia" - "Qarabağ" matçından əvvəl azarkeşlər arasında baş vermiş insident zamanı Ağdam klubunun fanatlarından biri xəsarət alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, həmin şəxs oyunu izləmək üçün Gəncədən Tbilisiyə yollanan kiçik bir qrupun üzvüdür.

Bu ərəfədə, gürcü fanatların hücumuna məruz qalan sözügedən kiçik qrupun üzvləri ilə "Qarabağ"ın fan-klub üzvləri arasında tribunada da mübahisə düşüb. Stadiondakı təhlükəsizlik nümayəndələrinin müdaxiləsindən sonra ara sakitləşib.

Eyni zamanda "Samtredia"-"Qarabağ" oyunu başlamazdan əvvəl bir qrup şəxs təxribat məqsədi ilə Azərbaycan əleyhinə kampaniya aparmaqğa cəhd göstərib. Azərbaycanlılardan ibarət bir qrup fəal təxribata imkan verməyib. Gürcüstan polisi təxribatçıların əlindəki plakatları alıb və onlara xəbərdarlıq olunub.

Yeri gəlmişkən, bu dəqiqələrdə oyunun 2-ci hissəsi başlayıb. Birinci hissə "Qarabağ"ın xeyrinə başa çatıb: 1-0. 22-ci dəqiqədə Wilde-Donald Guerrier komandamızı irəli çıxarıb.

BAKU.WS

Son xəbərlər