Laporta Bellinqhemi simulyasiyada ittiham edib
24
yan
2024
13:05
"Barselona"nın prezidenti Joan Laporta "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqhemi Madrid komandası ilə "Almeriya" matçında simulyasiya etməkdə ittiham edib.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Mundo Deportivo" nəşri yazır.
"Futbol oynayanlara işarə edən bir təfərrüat var: Bellinqhem meydançada yıxılan zaman hakimə nəzər salır, sanki: "Görək onu aldatmışam, ya yox", - deyir. Və sonra oyun davam edir. Qaydalara uyğun olaraq vurulan bir qol gəlir".
Xatırladaq ki, "Real" İspaniya çempionatının XXI turunun matçında "Almeriya"ya 3:2 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Real Madrid"də Arda Güler transferinin pərdəarxası: 16 mart 2023-cü il matçı...
Türkiyə millisinin üzvü Arda Gülerin "Fənərbağça"dan İspaniya nəhəngi "Real Madrid"ə transferinin pərdəarxası prosesi üzə çıxıb. BAKU.WS xəbər verir ki, bu barə...