Qurban Qurbanov: Hesab bizi aldatmamalıdır

Futbolçularımı qələbə münasibətilə təbrik edirəm.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Macarıstanın "Ferentsvaroş" klubuna 3:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasını sonadək mübarizə apardığını bildirib: "Onlar bu cür təzyiqə baxmayaraq, əzmkar çıxış etdilər. Hər iki klubun azarkeşlərinə təşəkkür edirəm. Bura Çempionlar Liqasıdır və hesab bizi aldatmamalıdır. Rəqibin heyətində matçın taleyini həll edəcək oyunçular var. Bakıdakı oyunda daha ciddi olmalıyıq. Rəqib birinci qolu vuranda həyəcan oldu. Lakin bunu üstümüzdən atdıq. İstəməzdik ki, qol buraxaq. Bizim əsas məqsədimiz hər görüşdə qol vurmaqdır".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Oxşar xəbərlər
Macarıstan KİV "Qarabağ"ın qələbəsindən nə yazır? - "Ferentsvaroş" "dağıldı"
UEFA Çempionlar Liqasının play-off mərhələsində keçirilən "Ferentsvaroş" – "Qarabağ" oyunu dramatik anlarla yadda qalıb. BAKU.WS-in məlumatına görə, Budapeştdə...
