"Qəbələ" "Qalatasaray"ın türk ulduzunu transfer edir - 3,5 milyon avroya (VİDEO)

Qəbələ Qalatasarayın türk ulduzunu transfer edir - 3,5 milyon avroya (VİDEO)
Video
İdman 1428

Məşhur azərbaycanlı menecer Günel Rusman "Qəbələ" klubunun "Qalatasaray"ın futbolçusunu almaq istədiyini açıqlayıb. 

BAKU.WS-in məlumatına görə, "Qalatasaray"da bu mövsüm atdığı 8 qolla diqqət çəkən Yasin üçün klubuna təklif verilib.

Rusman "Qəbələ"nin son dövrlərdə Avropada uğur qazanmaq istədiyini və bunun üçün Yasini transfer etmək niyyətində olduğunu bildirib.

Futbolçunun keçidi üçün klubuna 3,5 milyon avro dəyərində bir təklif ediləcəyi bildirilir. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər