"Qarabağ"ın albaniyalı hücumçu ilə bağlayacağı müqavilənin müddəti bəlli olub

Qarabağın albaniyalı hücumçu ilə bağlayacağı müqavilənin müddəti bəlli olub
İdman 107

"Qarabağ"ın Albaniya millisinin və "Tirana" klubunun futbolçusu Redon Cica ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.

BAKU.WS-in məlumatına görə, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə report-a bildirib ki, 25 yaşlı hücumçu 3,5 illik sözləşməyə imza atacaq.

Klub rəsmisi bildirib ki, təcrübəli forvard bu gün tibbi müayinədən keçəcək: "Heç bir problem aşkarlanmasa, onunla münasibətlər rəsmiləşdiriləcək".

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.

Son xəbərlər