"Qarabağ"la matçöncəsi "Lion"a ŞOK - Liqa-2-yə göndərildi
Fransanın "Lion" futbol klubu maddi vəziyyətinə görə Liqa 1-dən diskvalifikasiya edilib.
Komandaya vəziyyət həll olunana qədər transfer qadağası da verilib.
BAKU.WS xəbər verir ki, "Lion" borclarını ödəməklə maliyyə problemini həll edə bilməsə, nəticələrdən asılı olmayaraq Fransa elit divizionunu tərk edəcək. Bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Bu mövsüm keçirdiyi 11 oyundan sonra "Lion" 18 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Lion" Fransanın ən titullu klublarından biridir: çempionatda yeddi, kubokda beş və ölkə Superkubokunda səkkiz qələbəsi var. Sonuncu dəfə "Lion" 2008-ci ildə Fransa çempionu olub.
Qeyd edək ki, "Qarabağ" - "Lion" matçı noyabrın 28-də Bakıda Tofiq Bəhramov stadionunda saat 21:45-də keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş...