"Qarabağ"ın sabiq hücumçusu "Turan Tovuz"a keçib
31
iyl
2025
12:23
"Qarabağ"ın sabiq hücumçusu İbrahima Vadjinin karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, seneqallı hücumçu Premyer Liqa təmsilçisi "Turan Tovuz"a transfer olunub.
Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.
Oxşar xəbərlər
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb. Azə...