"Qarabağ"ın futbolçusu: "Ferents Puşkaş" mükafatına namizəd olduğum üçün xoşbəxtəm"
"Ferents Puşkaş" mükafatına namizəd olduğum üçün xoşbəxtəm.
Bunu BAKU.WS-ə açıqlamasında "Qarabağ"ın əlcəzairli futbolçusu Yassin Benzia FIFA-nın təsis etdiyi "Ferents Puşkaş" mükafatına namizəd olması ilə bağlı danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi bu ilin martında beynəlxalq yoldaşlıq matçında Cənubi Afrika yığmasına qarşı matçda vurduğu baxımlı qolun ən yaxşı seçiləcəyinə ümid edir:
"Bəli, qürur duyuram və qalib gələcəyimə ümid edirəm. Qələbə qazansam, möhtəşəm olacaq. Bu, xüsusilə Əlcəzairdə və Azərbaycanda məni dəstəkləyənlər üçündür".
Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Y.Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.
Oxşar xəbərlər
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində yanva...