"Qarabağ" bu gün UEFA Avropa Liqasında FCSB-ni qəbul edəcək

23
yan
2025
09:15
Bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin VII turu çərçivəsində "Qarabağ" Rumıniyanın FCSB komandasını qəbul edəcək.
BAKU.WS xəbər verir ki, qarşılaşma saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oyunun baş hakimi slovakiyalı Filip Qlova olacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
Tarix: 23 yanvar
Saat: 21:45
Komandalar: "Qarabağ" - FCSB (Rumıniya)
Hakim: Filip Qlova (Slovakiya)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu, Bakı
Qeyd edək ki, turnir cədvəlində "Qarabağ" 3 xalla 33-cü, FCSB isə 11 xalla 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Dünya çempionatında uğurlu çıxış edən güləşçilərimiz Vətənə qayıdıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın sərbəst güləşçiləri Vətənə qayıdıblar. "Report" xəbər verir ki, onla...
