Orxan Məmmədov: "İlham Əliyevin dəstəyi, xeyir-duası sayəsində dünya çempionu olduq"
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov milli komandanın Bakıda keçirilən dünya çempionatının qalibi olmasını şərh edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qurum rəhbəri bununla bağlı mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlama verib.
O, yığmanın qazandığı tarixi nailiyyət barədə danışıb:
"Hisslərimizi sözlə ifadə etmək çətindir. Azərbaycan xalqına, Milli Gimnastika Arenasına toplaşan azarkeşlərə öz təşəkkürümüzü bildiririk. Onların dəstəyini hiss etməsəydik, belə bir uğur qazanmaq çətin olardı. Futbolçularımız dünya çempionatı boyunca səhvsiz irəlilədilər. Final qarşılşamasında da möhtəşəm çıxış edərək, bizə zəfər sevinci yaşatdılar".
O.Məmmədov qazanılan dünya çempionluğunda Azərbaycan Prezidenti İlham Əliyevin rolunun böyük olduğunu vurğulayıb:
"Prezident İlham Əliyevin dəstəyini də unutmamalıyıq. Onun bizə dəstəyi, xeyir-duası sayəsində qələbə qazana bildik. Bunun üçün ölkə başçısına dərin təşəkkürümüzü bildiririk. Daim dövlətin dəstəyini hiss edirik. Bundan sonra da gənc nəslin minifutbola cəlb olunması üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.
Oxşar xəbərlər
Azərbaycan millisi Çili ilə heç-heçə edib
Bakıda keçirilən Çövkən üzrə II dünya çempionatında Azərbaycan və Çili milli komandaları üz-üzə gəlib. Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlum...