"Neftçi"nin futbolçusu üç ay yaşıl meydanlardan kənar olacaq

12
avq
2022
19:40
"Neftçi"nin futbolçusu Azər Salahlı tibbi müayinədən keçib.
BAKU.WS klubun rəsmi saytına istinadən məlumatına görə, həkimlər 28 yaşlı müdafiəçiyə 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu qoyublar.
Cərrahi əməliyyat yaxın günlərdə klubun sağlamlıq sponsorunun xəstəxanalarının birində həyata keçiriləcək. Futbolçu 3 ayadək yaşıl meydandan kənarda qalacaq.
Qeyd edək ki, Azər Salahlı çərçivəsində avqustun 11-də UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Vyana “Rapid”i ilə Avstriyadakı cavab matçının ilk hissəsində zədələnərək əvəzlənib.
Oxşar xəbərlər
"Neftçi" avrokuboklarla vidalaşıb - YENİLƏNİB - VİDEO
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "ağ-qaralar" Avstriyada "Rapid" klub...