"M.Y."nun əfsanəsindən Kənan Yıldızla bağlı paylaşım: "Kimdir bu?"
UEFA Çempionlar Liqasında "Yuventus"un "Mançester Siti"ni məğlub etdiyi (2:0) matçdan sonra keçmiş ingilis futbolçu Pol Skoulz Kənan Yıldız haqqında paylaşım edib.
BAKU.WS xəbər verir ki, Pol Skolzun instaqram hesabında etdiyi paylaşım belədir:
"Kimdir bu Kənan Yıldız?"
"Yuventus"un evdə ingilis nəhəngini məğlub etdiyi matçda 1 məhsuldar ötürmə edən və matçın ən yaxşı oyunçularından olan Kənan Yıldız 84 dəqiqə meydanda qalıb. O, 1 assistlə yanaşı, 28 ötürmədən 25-ni (89% dəqiqlik) dəqiqliklə edib.
Qeyd edək ki, Pol Skoulz İngiltərə millisinin keçmiş futbolçusu və "Mançester Yunayted"in əfsanəsidir.
Oxşar xəbərlər
"Arsenal" Vinisius üçün rekord məbləğ təklif etdi
İngiltərənin "Arsenal" klubu Madrid "Real"ının ulduz futbolçusu Vinisius Junioru heyətinə qatmaq üçün yüksək məbləğli transfer təklifi irəli sürüb. BAKU.WS "Goa...