Laporta nə üçün Xavinin "Barselona"da qalmasını istəyir?

Laporta nə üçün Xavinin Barselonada qalmasını istəyir?
İdman 53

"Barselona"nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Xavinin klubda qalmasını istəyir.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Mundo Deportivo" nəşri yazır.

Mənbənin məlumatına görə, Laporta 44 yaşlı mütəxəssisin yekun qərarını öyrənmək üçün 2023/2024 mövsümünün sonuna qədər gözləmək niyyətindədir. İspaniya klubunun rəhbərliyi Xavi "Barselona"da qalmağa qərar verərsə, uzunmüddətli əməkdaşlıq variantını nəzərdən keçirir.

Laporta Xavini "Barselona"da qalmasını istəməsinin əsas səbəbi kimi gənclərlə keyfiyyətli iş, məşqçinin təcrübəlilər arasında nüfuzu və klubun maliyyə problemlərinə yaxşı uyğunlaşmasını göstərib.

Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrında "Barselona"nın sükanı arxasına keçib. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xavi klubla İspaniya çempionatını (2022/2023) və İspaniya Superkubokunu (2022/2023) qazanıb.

Son xəbərlər