Çempionlar Liqası: “Qarabağ”ın qrupdakı səbəti dəqiqləşib
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı yer ala biləcəyi səbət dəqiqləşib.
BAKU.WS-in "apasport.az"a istinadən məlumatına görə, Azərbaycan çempionu əsas raunda yüksəlsə, sonuncu – 4-cü səbətdə yer alacaq.
Buna qrup mərhələsinə birbaşa vəsiqə qazanan bütün klubların daha yüksək reytinqə malik olmasıdır. Məsələ ondadır ki, 26 komanda birbaşa qrupa yüksəlib. Yalnız 6 yerin sahibi pley-offda bilinəcək.
Təsnifat mərhələlərindən azad olan bütün iştirakçıların səbəti dəqiqdir. Pley-offun 6 qalibindən yalnız biri 3-cü səbətə düşə biləcək. Digərləri isə sonuncu səbətdə olacaq.
Hazırda təsnifat mərhələlərində oynayanlar arasında ən yüksək reytinqlisi “Benfika”dır. Portuqaliyalılar kimi “Reyncers”, “Dinamo” Zaqreb, “Srvena Zvezda” və “Dinamo” Kiyev klubları da 3-cü səbətdəki yeganə yerə ümidini saxlayır. Əgər bu komandaların heç biri qrupa çıxmasa, onda “Marsel” yuxarı səbətə irəliləyəcək.
1-ci səbət“Real”“Ayntraxt”“Mançester Siti”“Milan”“Bavariya”PSJ“Porto”“Ayaks”
2-ci səbət“Liverpul”“Çelsi”“Barselona”“Yuventus”“Atletiko”“Sevilya”“Leypsiq”“Tottenhem”
3-cü səbət“Borussiya” D“Zalsburq”“Şaxtyor”“İnter”“Napoli”“Sportinq”“Bayer”
4-cü səbət“Marsel”“Brügge”“Seltik”
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 25-də atılacaq. “Qarabağ” III təsnifat mərhələsində “Ferensvaroş”la görüşəcək.
Oxşar xəbərlər
"Qarabağ"ın Çempion Liqasındakı rəqibləri və şansları - TARİXİ MƏRHƏLƏ
Azərbaycan milli komandası və “Qarabağ” klubunun sabiq kapitanı Aslan Kərimov BAKU.WS-ə müsahibə verib. Veteran futbolçu Azərbaycan təmsilçilərinin Çempionlar...