"Çelsi" Xavi ilə danışıqlar aparacaq

Çelsi Xavi ilə danışıqlar aparacaq
İdman 80

İngiltərənin "Çelsi" klubu cari mövsümün sonunda Kataloniya klubunu tərk edəcək "Barselona"nın baş məşqçisi Xavi ilə danışıqlar aparmaq niyyətindədir.

BAKU.WS-in xəbərinə görə, bu barədə jurnalist Pedro Almeyda məlumat verib.

Mənbənin sözlərinə görə, "Çelsi"nin bossları ispan mütəxəssisin London klubunun yeni baş məşqçisi vəzifəsinə uyğun olub-olmadığını qiymətləndirmək istəyirlər.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edirdi. 2022/23 mövsümündə kataloniyalılar İspaniya çempionu olub və ölkə Superkubokunun qalibi olublar. La Liqanın son turu öncəsi "Barselona" 82 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər