"Barselona" Xavini istefaya göndərə bilər, əgər...
Xavinin "Barselona"nın baş məşqçisi kimi gələcəyi şübhə altındadır.
BAKU.WS-in xəbərinə görə, bu barədə AS məlumat yayıb.
Mənbənin sözlərinə görə, komanda La Liqada ikinci yeri tutmasa, "Barselona" mövsümün sonunda Xavini istefaya göndərə bilər.
İspaniya Primerasında 3-cü yer klub üçün uğursuzluq sayılacaq. Bu halda kataloniyalılar Superkubokda oynamayacaq və qazancını itirəcək.
Maraqlıdır ki, yanvar ayında Xavi mövsümün sonunda Kataloniya komandasından erkən ayrılacağını açıqlamışdı. Amma apreldə İspaniya təmsilçisinin rəhbərliyi ispan mütəxəssisi klubda qalmağa razı sala bilib.
Xatırladaq ki, futbol üzrə İspaniya çempionatının 34 turundan sonra "Barselona" 73 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır - ARAŞDIRMA
“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır. BAKU.WS report-a istinadən xəbər...