Benzia karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Azərbaycan çempionu "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Yassin Benzia Səudiyyə Ərəbistanına yollanır.
BAKU.WS xəbər verir ki, 30 yaşlı əlcəzairli futbolçu bu ölkənin Pro Liqasında mübarizə aparacaq "Əl-Hazem" klubu ilə müqavilə imzalamaq üçün razılığa gəlib.
Qeyd edək ki, "Əl-Hazem" cari mövsüm elitaya yüksələn komandalar sırasındadır.
Xatırladaq ki, Benzia "Qarabağ"da 2023-cü ilin fevralından 2025-ci ilin may ayınadək çıxış edib və bu müddət ərzində komandanın əsas oyunçularından biri olub.
Təcrübəli futbolçu karyerası ərzində Fransanın "Lill" və "Lion", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" klublarında da forma geyinib.
Oxşar xəbərlər
Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. BAKU.WS xəbər ve...