"Barselona"nın prezidenti Bakıda yeniyetmə futbolçularla görüşüb
Bakıda səfərdə olan İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycan təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 62 yaşlı funksioner "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Səbail" və ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Klub prezidenti oyunçularla söhbət edib, onların formalarını imzalayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.
Qalereya
Oxşar xəbərlər
"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi
"Sabah" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. BAKU.WS xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, paytax...