SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Karateçilərimiz Dubayda növbəti Karate1 Premyer Liqa turnirində 2 mükafat qazanıblar.

BAKU.WS-in məlumatına görə, Rafael Ağayev (75 kq) nüfuzlu turnirin qalibi olub. Milli komandanIn kapitanı Şahin Atamov (+84 kq) isə gümüş medala sahib olub. 

Bu nəticə ilə Azərbaycan karateçiləri 5-ci yeri tutublar. Ümumi mükafat fondu 100 000 dollar olan Dubay Premyer Liqasında 59 ölkədən 661 idmançı iştirak edib.

Qarşıda karateçilərimizi 22-23 aprel tarixlərində 7-ci "Bakı Open" Beynəlxalq turniri gözləyir. Onun ardından isə milli komandamız mayın əvvəlində Fransada Avropa çempionatına son hazırlıqları keçirəcək. 

BAKU.WS