Azərbaycan tarixdə ilk dəfə iki klubla Avropa Liqasının qrup mərhələsində təmsil olunacaq.
 
BAKU.WS-in məlumatına görə, "Qarabağ”ın ardınca "Qəbələ” də pley-off mərhələsini uğurla dəf edərək qrup mərhələsinə vəsiqə qazanıb. "Qırmızı-qaralar” evdə 0:0 hesablı heçə-heçə oynadığı güclü "Panatinaikos” klubu ilə səfərdə 2:2 bərabərə qalıb. Klubumuzun heyətində iki dəfə Dodo fərqlənib.
 
Qeyd edək ki, bir qədər əvvəl başa çatan oyunda "Qarabağ” İsveçrənin "Yanq Boys” klubunu 3:0 hesabı ilə məğlub edərək qrupa düşmüşdü. 

BAKU.WS