Azərbaycan kubokunda 6 əvəzləmə olacaq

Azərbaycan kubokunda 6 əvəzləmə olacaq
İdman 76

Azərbaycan futbolu ilə bağlı daha bir yenilik tətbiq ediləcək.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, ölkə kubokunda 6-cı əvəzləməyə icazə veriləcək.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Məsələ burasındadır ki, kubokdakı əvəzləmə limiti 3+1 idisə, cari mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.

İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimat artıq klublara da göndərilib.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt” “Qarabağ”la, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər