SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan milli komandası futzal üzrə dünya çempionatının seçmə mərhələsinin "play-off" raundunda ilk oyununu keçirib.

BAKU.WS Trend-ə istinadən bildirir ki, millimiz Almere şəhərindəki "Topsportcentrum" idman kompleksində Niderland yığması ilə qarşılaşıb.

Oyunda futzalçılarımız rəqib qapısından 5 top keçiriblər - 5:1. Beləliklə, millimiz tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmağa olduqca yaxındır.

Qeyd edək ki, cavab görüşü aprelin 12-də Bakıda keçiriləcək.

BAKU.WS