Azərbaycan dünya çempionatından imtina etdi

Azərbaycan dünya çempionatından imtina etdi
İdman 1331

Azərbaycan yelkənli idman növü - "470” yaxtaları üzrə dünya çempionatının keçirilməsindən imtina edib.

BAKU.WS azadlıq.org-a istinadən xəbər verir ki, Azərbaycan Yelkənli İdman Federasiyasının məlumatına görə, imtina maliyyə problemləri ilə əlaqədardır.

Yaxta idmanı üzrə dünya çempionatının 2016-cı ilin yayında Bakıda təşkil edilməsi qərara alınmışdı. Qərar 2015-ci ildə Afinada Beynəlxalq Yelkənli İdman Federasiyasının Baş Assambleyasının iclasında qəbul edilmişdi.

Yelkənli idman - "470” yaxtaları olimpiya idman növüdür.

Bununla belə bu il Azərbaycan Formula-I, 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının final oyunlarına və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Prezident futbol çempionatına pul ayırdı

Prezident futbol çempionatına pul ayırdı

Azərbaycan Respublikasının Prezidenti "İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbayca...

1022 İdman 08:37 23 fevral 2016

Son xəbərlər