SİZİN REKLAM BURADA!
055 213 76 73


Milan təmsilçisi “İnter”in hücumçusu Lautaro Martines bundan sonra “Barselona” klubunun uğurları üçün tər tökəcək. 

BAKU.WS xəbər verir ki, Lionel Messinin də transferinə razılıq verdiyi argentinalı forvard "Barsa" ilə hərtərəfli razılığa gəlib. 

Tərəflər arasında əldə olunan razılşamaya əsasən, 22 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanacaq və onun illik məvacibi 12 milyon avro təşkil edəcək.

Klubun qazanacağı uğurlar və futbolçunun məhsuldarlığı nəticəsində məbləğ arta biləcək.

Qeyd edək ki, Lautaro Martinesin transfer məbləği 111 milyon avrodur.

BAKU.WS