SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı UFC döyüşçüsü Toni Ferqüson Həbib Nurmaqomedovun yüngül çəkidə mütləq çempion titulundan məhrum edilməsini istəyib.

BAKU.WS xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

"Onu kəmərindən məhrum etmək lazımdır", - deyə amerikalı döyüşçü bildirib. Ferqüson həmçinin deyib ki, Nurmaqomedov ondan qorxur və döyüşdən qaçmaq istəyir.

Qeyd edək ki, ötən gün rusiyalı çempion "İnstagram"da Ferqüsonla döyüşünün baş tutmayacağını yazıb.

BAKU.WS