"Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçisi Əsgər Abdullayevin istefasını qəbul edib.

BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb.

Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub. 47 yaşlı mütəxəssis komandanı martın 9-da "Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxaracaq.

Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının oyunundan sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.
 
BAKU.WS

Vəli Qasımov


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ