SİZİN REKLAM BURADA!
055 213 76 73


Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.

ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.

BAKU.WS