SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Real Madrid"in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo "Atletiko Madrid" matçından sonra qalmaqallı açıqlama verib. 
 
 
BAKU.WS-in məlumatına görə, futbolçu doğma meydançada məğlub olmalarının səbəblərini açıqlayıb: 
 
"Əgər hamısı mənim səviyyəmdə olsaydı, ilk sırada olardıq. Heç bir komanda yoldaşımı zəif adlandırmıram, amma ən yaxşılar olmayanda qazanmaq çətin olur. Pepe, Benzema, Beyl və Marselo ilə oynamaq mənim xoşuma gəlir. Bu, Jese, Lukas, Kovaçiçin yaxşı olmadıqları mənasına gəlmir", - deyə Ronaldo söyləyib.
 
İspaniya mətbuatını da tənqid edən Ronaldo sözlərinə belə davam edib: "İspaniya mətbuatında hər il çox pis oynuyuram ab-havası yaradılır. Amma rəqəmlər və statistikalar yalan söyləməz". 

Portuqaliyalı ulduz "Real Madrid"də bu mövsüm zədəli futbolçuların çox olmasına da münasibət bildirib: "Mövsümün əvvəlində pis hazırlıqdan, yoxsa başqa bir səbəbdəndir bilmirəm, amma çox zədəli futbolçumuz var. Bu da bizə zərər verir".
 
BAKU.WS