SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edən komandaların sayı 8-dən 10-a artırılacaq.

BAKU.WS qol.az-a istinadən xəbər verir ki, bu haqda AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqov bu gün keçirilən mətbuat konfransında bildirib:

“Hamımız klubların sayını artırmaq istəyirik. Onların sayını 10-a çatdırmağı planlaşdırırıq. Bu iki komanda əyaləti təmsil edəcək”.

Qeyd edək ki, hələlik adlar rəsmən açıqlanmasa da, həmin iki komandanın “Kəpəz” və “Turan Tovuz” olacağı bildirilir.

BAKU.WS