SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubuna keçib. "Qarabağ"dan ayrılan Braziliya əsilli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.

BAKU.WS
QALEREYA