SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdamın “Qarabağ” klubu bolqarıstanlı futbolçusu Simeon Slavçevlə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, qışda komandanı tərk edən ilk futbolçu olub. 2018-ci ilin yayında transfer olunan legioner ilyarım ağdamlıların uğurları üçün çalışıb.

Qeyd edək ki, S.Slavçev “Qarabağ”da 39 oyuna 2 qol vurub. O, çempionatda 18 (2 qol), avrokuboklarda 19, ölkə kubokunda 2 matça çıxıb.

Qeyd edək ki, Simeon Slavçev 2018-ci il iyulun 5-də "Qarabağ"a keçib. Bolqarıstanlı oyunçu ilə 3 illik müqavilə imzalanmışdı.

BAKU.WS