SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağdam təmsilçisi "Qarabağ" klubunun braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda klubdan gedib. 

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Ceyhun Rzayev sosial şəbəkədə yazıb. 

O, qeyd edib ki, 30 yaşlı braziliyalı "Qarabağ" klubu ilə məvacibdə razılığa gələ bilməyib. 

"Riçard Almeyda ''Qarbağ''dan getdiyini bəyan edib. Mən bilən komandanın ən ödənişli 2-3 futbolçusundan biri, bəlkə də birincisiydi. Anladığım qədər "Qarabağ" rəhbərliyi Almeydaya son müqaviləsindən az pul təklif edib, futbolçu da razılaşmayıb. Təklif olunan məbləğdən xəbərim yoxdu, mənlik olsa, ona 300 min dollardan artıq verməzdim",-deyə jurnalist əlavə edib. 

Qeyd edək ki, 2019-cu ilin yanvarında “Qarabağ”a keçən Almeydanın müqaviləsi dekabrın 31-də bitir.

BAKU.WS