SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"u 1:0 hesabı ilə məğlub edən "Liverpul" əvəzində bir futbolçusunu itirib.

BAKU.WS matc.az-a istinadən xəbər verir ki, kapitan Ceyms Milner sıradan çıxıb.

Yarımmüdafiəçi qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənib. Baş məşqçi Yurgen Klopp 34 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb:

"Milner meydanı ağlayaraq tərk etdi. Çox güman ki, əzələsində problem yaşandı. Zədənin ciddi olduğunu düşünürük".

Qeyd edək ki, "Liverpul" növbəti oyununu yanvarın 11-də Premyer Liqanın XXII turu çərçivəsində "Tottenhem"ə qarşı keçirəcək.

BAKU.WS