"Traktor" Mustafa Denizli ilə yollarını ayırıb

Güney Azərbaycanın "Traktor" klubu baş məşqçi Mustafa Denizli ilə yollarını ayırıb.
BAKU.WS xəbər verir ki, türkiyəli mütəxəssislə müqavilənin hansı səbəbdən poulduğu hələlik açılanmayıb. Klubun rəsmi Facebook səhifəsində Mustafa Dənizlinin "Traktor" Azərbaycan FK-dan ayrılmasının səbəbi kimi, onun əldə etdiyi uğurlar göstərilib.
"Mustafa Dənizli rəsmi olaraq TRACTORdan çıxardıldı. Dənizlinin Qızıl Qurdlardan ayrılmasında ən böyük səbəb əldə etdiyi sonuçları idi".

Qeyd edək ki, Mustafa Denizlinin rəhbərliyi altında "Traktor" 9 oyundan 5 qələbə, 2 məğlubiyyət və 2 heç-heçə ilə ayrılıb.
Oxşar xəbərlər
"Keşlə" Miloş Boşançiçlə yollarını ayırıb
"Keşlə" klubu futbolçusu Miloş Boşançiçlə yollarını ayırıb.BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşıl...
