SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2020-nin seçmə mərhələsinin son turunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu iki komanda arasında 8-ci matç olacaq.

BAKU.WS "apasport.az"a istinadən xəbər verir ki, ilk dəfə 1995-ci ildə üz-üzə gələn rəqiblər indiyədək 7 dəfə qarşılaşıblar.

Bu oyunlarda aşkar üstünlük Slovakiya yığmasının tərəfindədir. Bir qələbəsi olan millimiz 6 dəfə uduzub. 22 qolun vurulduğu duellərdə slovakiyalılar 17, futbolçularımız 5 dəfə fərqlənib.

Əvvəlki qarşılaşmaların hamısı seçmə xarakterli olub. Avropa çempionatlarının seçmə tsikllərində baş tutan 5 matçda slovakiyalılar qələbə qazanıb. Top fərqi də rəqibin xeyrinədir – 3:14. Komandamızın yeganə qələbəsi isə dünya çempionatının seçmə mərhələsinə təsadüf edib.

Azərbaycan yığması 4-cü dəfə Slovakiyanın qonağı olacaq. Sonuncu dəfə 18 il əvvəl bu ölkədə oynayan milli əvvəlki üç qarşılaşmanın hamısında uduzub. Koşitsedə böyük hesablı məğlubiyyətlər (1:4, 0:3) alan komandamız Trnavada qol sevinci yaşasa da, xalsız qalıb – 1:3. Slovakiyada 2 qol vurub, 10-nu buraxan milli bu uğursuz statistikanı az da olsa dəyişməyə çalışacaq.

Qeyd edək ki, sabah Trnavada keçiriləcək Slovakiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

AVRO-1996-nın seçmə mərhələsi

29 mart 1995. Koşitse. Slovakiya – Azərbaycan – 4:1
16 avqust 1995. Trabzon. Azərbaycan – Slovakiya – 0:1

AVRO-2000-in seçmə mərhələsi
5 sentyabr 1998. Koşitse. Slovakiya – Azərbaycan – 3:0
9 oktyabr 1999. Bakı. Azərbaycan – Slovakiya – 0:1

DÇ-2002-nin seçmə mərhələsi
28 mart 2001. Trnava. Slovakiya – Azərbaycan – 3:1
6 iyun 2001. Bakı. Azərbaycan – Slovakiya – 2:0

AVRO-2020-nin seçmə mərhələsi
11 iyun 2019. Bakı. AÇ. Azərbaycan – Slovakiya – 1:5

BAKU.WS