SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” Kiprdə APOEL-lə qarşılaşıb. Nikosiyadakı GSP stadionunda keçirilən oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

BAKU.WS
xəbər verir ki, APOEL-in futbolçuları ikinci qoldan sonra “Qarabağ” klubuna qarşı qeyri-etik hərəkət ediblər. Belə ki, qol sevincini yaşamaq üçün "Qarabağ" klubu üçün ayrılmış texniki zonaya yaxınlaşan kiprli futbolçular əvvəlcə oturacağa ayaqla zərbə endirib, ardınca skamyanın üst tərəfinə əllə möhkəm zərbə endiriblər. 

Kiprli futbolçular bu addımla bəlkə də "Qarabağ" üzvlərini təxribata çəkmək istəsəyiblıər. Ağdam təmsilçisinin üzvləri kiprli futbolçuların bu addımına heç bir cavab verməyiblər.
BAKU.WS
VİDEO