SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun ən yaxşı qolu müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Hollandiyanın “Ayaks” komandasının futbolçusu Hakim Ziyeçin İspaniyanın “Valensiya” klubuna uzaq məsafədən vurduğu qol həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, “Ayaks” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib. Mərakeşli yarımmüdafiəçi həmin görüşdə ilk qolun müəllifi olub.
BAKU.WS
VİDEO