SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən axşam bəzi ölkələrin futbol çempionatlarında növbəti turun oyunları keçirilib.

BAKU.WS xəbər verir ki, Fransa 1-ci liqasında lider PSJ gözlənilmədən öz meydanında “Reyms”ə 0:2 hesabı ilə məğlub olub.

“Angers” bu məğlubiyyətdən maksimum şəkildə istifadə edib. Belə ki, səfərdə “Tuluza”nı 2:0 hesabı ilə məğlub edərək xalını 15-ə çatdırıb və lider PSJ-yə çatıb.

İspaniya La Liqasında isə “Real Madrid” isə öz meydanında “Osasuna”ya 2:0 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.

İtaliya A Seriyasında “İnter”in möhtəşəm çıxışı davam edir. “Latsio”nu minimal hesabla məğlub edən “İnter” ardıcıl 5-ci qələbəsini əldə edib və liderliyini davam etdirib. “Roma” və “Napoli” isə öz meydanında məğlub olub.
BAKU.WS
VİDEO