SİZİN REKLAM BURADA!
055 213 76 73


Avgustun 23-dən 30-dək Macarıstanın Györ şəhərində gənc və yeniyetmə kikboksçuların Avropa birinciliyi keçirilib.

BAKU.WS xəbər verir ki, 40 ölkənin 2000-ə qədər idmançısının qatıldığı yarışda Azərbaycanın kikboksinq üzrə yığma komandası 30 idmançı ilə təmsil olunub. "Zv Fight" klub, "Sərhədçi", "Dinamo", "Qızıl əlcək" klublarının bir nömrəli idmançıları Avropa çempionatında qüvvəsini sınayıb. 

Yığma komanda bu yarışda heç vaxt qazanılmayan uğura imza atıb, tarix yazdı. "ZV Fight" klubun idmançıları tatamidə ən gərgin və ağır döyüşlərdə güclü rəqiblərlə döyüşdülər və çempionluq zirvəsinə ucalıblar.
 
42 kq çəkidə Kik-layt stilində yarışan "Zv Fight" klubunun idmançısı 2018 WAKO Dünya Çempionu, 2019 WAKO Dünya Kubokunun sahibi, Ağ Canavar ləqəbli Amin Quliyev heç bir rəqibinə şans verməyərək Macarıstan, Yunanıstan, Bosniya və final döyüşündə 2-ci dəfə Fransa idmançısını məğlub edərək qızıl medal qazanıb.

"ZV Fight" klubunun idmançısı 2019 WAKO Dünya Kubokunun sahibi, 47 kq çəkidə Kik-layt stilində döyüşən Nicat Ələkbərli 5 döyüş keçirib. Yunanıstan, Polşa, Macarıstan, İrland, və final döyüşündə Slovenya idmançısına məğlub olaraq gümüş medal qazanıb.

Ümumi hesabda milli yığma komandamız 5 qızıl, 2 gümüş, 5 bütünc medalla vətənə dönür. İdmançılara verdiyi dəstəyə görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı Adil Əliyevə təşəkkür edilib.
BAKU.WS
QALEREYA