Azərbaycan cüdoçusu İrina Kindzerska (+78 kq) Minskdə keçirilən ikinci Avropa Oyunlarında yığma komandamızın aktivinə 11-ci medalı yazdırıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, idmançımız üçüncü yer uğrunda görüşdə ukraynalı Qalina Tarasovaya cərimə xalları hesabı ilə qalib gəlib.

Bu, “Minsk 2019”da Azərbaycanın 11-ci medalı olub.

Xatırladaq ki, İ.Kindzerska səkkizdəbir finalda almaniyalı Yasmin Kuelbsi, dörddəbir finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. İdmançımız finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskayaya uduzub.

BAKU.WS